Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın.
İnterpress.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: “MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, prosesləri nəinki beynəlxalq ictimaiyyətə, heç öz cəmiyyətimizə də çatdırmaq mümkün deyil”.