Azərbaycan əhalisinin yanacaq xərcləri 8 %-dən çox artıbbackend

Azərbaycan əhalisinin yanacaq xərcləri 8 %-dən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 063,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

İnterpress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 8,1 % çoxdur.

Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,2 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.