Hindistanın tez-tez zorakılıqlara səhnə olan Manipur əyalətində Kuki icması ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada komando həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hindustan Times-ın məlumatına görə, ştatda polis əməkdaşını öldürən iki nəfər saxlanıldıqdan sonra zorakılıqlar başlayıb.
More şəhərində Kuki icmasının üzvləri təhlükəsizlik postuna bomba və silahla hücum ediblər.
Təhlükəsizlik qüvvələrinin reaksiyası nəticəsində başlayan qarşıdurmada bir komando həyatını itirib, digəri isə yaralanıb.
Manipurda zorakılıq
Ştat əhalisinin yüzdə 53-ünü təşkil edən Meitei icmasının “Təqdim edilmiş qəbilə” kateqoriyasına daxil edilmədikləri səbəbiylə nümayişlərə başlaması və bəzi digər etnik qrupların buna qarşı çıxması ilə 3 may 2023-cü ildə zorakılıqlar baş verməyə başlayıb.
Mayın 4-də hərbçilərə “atış əmri”nin verildiyi əyalətdə zorakılıqlar nəticəsində ölənlərin sayı 182-yə yüksəlib, 60 mindən çox insan isə didərgin düşüb.
Hindistanın Mərkəzi Təhqiqat Bürosu Manipur əyalətində zorakılıqla bağlı bir çox işi araşdırmaq üçün 53 nəfərlik bir qrup yaratmışdı.
Həmçinin qrupda 3 baş müfəttiş müavini, bir polis müfəttişi, 16 inspektor və 10 inspektor köməkçisinin olduğu paylaşılıb və 17 işin araşdırılacağı bildirilib.