Ötən il Azərbaycanda ən yüksək temperatur Culfada qeydə alınıbbackend

Ötən il Azərbaycanda ən yüksək temperatur Culfada qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Azərbaycanda ən yüksək temperatur 43.2 dərəcə olub və Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb.

Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ötən il paytaxt Bakıda isə ən yüksək temperatur – 41 dərəcə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

G.Məmmədova həmçinin regionlarda da 40 dərəcədən çox temperaturun qeydə alındığı rayonların adlarını açıqlayıb: “Zərdabda 42.8, Şərurda 42.7, Ordubadda 42.6, Kürdəmirdə 42.4, Naxçıvanda 41.8, Ağstafada isə 40.9 dərəcə yüksək temperatur qeydə alınıb”.