Daha üç prezidentliyə namizədin vəkilləri qeydə alınıbbackend

Daha üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.

İnterpress.az-ın xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.