Filippin və Çin Cənubi Çin dənizində gərginliyi azaltmaq barədə razılığa gəliblərbackend

Filippin və Çin Cənubi Çin dənizində gərginliyi azaltmaq barədə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin və Çin xüsusən də aralarında suverenlik mübahisəsinin olduğu Cənubi Çin dənizinə son müdaxilələrdən sonra bölgədəki gərginliyi azaltmaq üçün işləmək barədə razılığa gəliblər.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Filippin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Şanxayda keçirilən görüşdə mübahisəli bölgədəki vəziyyəti sakitləşdirmək üçün Çinlə danışıqlar aparılıb.

Tərəflər razılığa gəliblər ki, insidentlər diplomatiya yolu ilə “sakit şəkildə” həll olunmalıdır.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Cənubi Çin dənizindəki problemi daha yaxşı idarə etmək üçün Filippinlə əlaqəni yaxşılaşdırmaq və “dostluq danışıqları” aparmaq barədə razılığa gəldikləri bildirilib.

Cənubi Çin dənizində Çin Sahil Mühafizəsi 9 dekabr 2023-cü ildə Scarborough Shoalda filippinli balıqçılara təchizat daşıyan üç gəmini və dekabrda Spratli adaları yaxınlığındakı İkinci Thomas Shoalda Filippinin yerləşmiş “BRP Sierra Madre” hərbi gəmisini tutub.

Sahil Mühafizəsi müntəzəm tədarük həyata keçirən gəmilərində təzyiqli sudan istifadə edib.