AİHM Litvaya qarşı qərar çıxarıbbackend

AİHM Litvaya qarşı qərar çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Litvanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) insan oğurluğu və işgəncə proqramında şərik olduğunu və insan haqlarını pozduğuna qərar verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

AİHM hazırda Əl-Qaidə ilə bağlı ittihamlarla Quantanamoda ABŞ hərbi həbsxanasında saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşı Mustafa Əhməd Adam əl-Havsəvinin 2005-2006-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin Litvadakı məxfi qərargahında işgəncələrə və zorakılığa məruz qaldığını müəyyən edib.

AİHM Litvanın əl-Havsəvinin hüquqlarını pozduğu və 100 min avro təzminat ödədiyi barədə qərar çıxarıb.

Məhkəmənin yekdil qərarında Litvanın MKİ-nin gizli saxlanma proqramında şərik olduğu və Avropa İnsan Haqları Konvensiyasının işgəncə və ləyaqəti alçaldan rəftarı qadağan edən 3-cü maddəsini pozduğu bildirilib.

Qərarda Litvanın konvensiyanın ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnu özündə əks etdirən 6-cı maddəsini və şəxsin yaşamaq hüququnu təmin edən 2-ci maddəsini, habelə Protokolun 1-ci maddəsini pozduğu bildirilib.

Bundan başqa, qərarda Litvanın Konvensiyanın azadlıq və təhlükəsizlik hüququnu qoruyan 5-ci maddəsini, şəxsi həyata hörməti təmin edən 8-ci maddəsini və effektiv petisiya hüququnu təmin edən 13-cü maddəsini pozduğu qeyd edilib.