ABŞ-da qar fəsadlar törədib: 21 nəfər öldübackend

ABŞ-da qar fəsadlar törədib: 21 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın bəzi ştatlarında qarlı və şaxtalı hava şəraiti səbəbindən 6 gündə 21 nəfər həyatını itirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-da bu gün 1090 aviareys ləğv edilib, 95 minə yaxın insan işıqsız qalıb.

Ölkənin müxtəlif bölgələrində 6 ştatda davam edən qar yağışı və soyuq hava şəraiti səbəbindən yanvarın 12-dən etibarən Tennessi, Nyu York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayı 21-ə yüksəlib.

Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhərinin ətrafına 75 santimetrdən çox qar yağdığını, avtomobillə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirdi.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

Uçuş trafikini izləyən FlightAware saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib.

ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən “Poweroutages” saytında bu gün ölkənin üç ştatında qış şəraiti səbəbindən 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.