Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Qarşıdan gələn Ümumxalq Hüzn Günü – 20 Yanvar ilə əlaqədar Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıdakı Şəhidlər xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edib, ölkəsinin adından gül dəstələri düzüb”, – paylaşımda bildirilib.