Hindistanın müdafiə naziri Rajnath Singh ölkəni vuran təbii fəlakətlərə səbəb olan iqlim dəyişikliyində “düşmən ölkənin” əli olub-olmamasının araşdırılacağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ANI News-un məlumatına görə, nazir Sinq Uttarakhand ştatında 35 infrastruktur layihəsinin təqdim edildiyi tədbirdə çıxış edib.
Son illərdə Uttarakhand, Ladakh, Himachal Pradesh və Sikkim kimi sərhəd əyalətlərində təbii fəlakətlərin artdığına diqqət çəkən Singh bir çox mütəxəssisin bu fəlakətlərin səbəbinin iqlim dəyişikliyi olduğunu söylədiklərini söyləyib.
Dəyişən hava şəraitinin onu narahat etdiyini bildirən Sinq deyib ki, ölkədə iqlim dəyişikliyi təkcə hava hadisəsi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Müdafiə Nazirliyi bu məsələyə son dərəcə ciddi yanaşır və araşdırma apararkən dost ölkələrdən kömək istəyəcək.