Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin İsrailin hücumları altında İordan çayının qərb sahilində yaşayan fələstinlilər üçün ən ölümcül il olacağını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Cenevrə Bürosu tərəfindən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin (OCHA) məlumatlarına əsaslanaraq, İordan çayının qərb sahilində 88-i uşaq daxil olmaqla 344 fələstinlinin öldürüldüyü bildirilib.
“2023-cü il, BMT-nin 2005-ci ildə itkiləri qeydə almağa başlamasından bəri İordan çayının qərb sahilində fələstinlilər üçün ən ölümcül il olub”, – yazıda deyilir.