İsrail oktyabrın 7-dən Qəzzada hər gün ən azı 173 qadın və uşağı öldürüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzzada səhiyyə xidmətləri göstərilmədiyi üçün 60 min hamilə qadın və 350 min xroniki xəstəliyi olan insan dərman çatışmazlığı səbəbindən həyati təhlükə altındadır.
İsrail ordusu Qəzzada 70 min evi dağıdıb.