Milli Məclisdə təhsillə bağlı dinləmənin keçirilməsi təklif olunurbackend

Milli Məclisdə təhsillə bağlı dinləmənin keçirilməsi təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsi təklif olunur.

İnterpress.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin yanvarın 22-də keçirilən iclasında çıxış edib.

“Təhsildə xeyli həllini gözləyən məsələlər olduğundan yenidən parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsinə ehtiyac var. Dinləmədə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri də iştirak etməlidir. Bunu komitənin yaz sessiyası üzrə iş planına daxil edə bilərik”, – o qeyd edib.