Almaniyanın kimya sektoru Qırmızı dənizdə vəziyyətin kəskinləşməsi səbəbindən çətinliklər yaşayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Təsir xüsusilə incə və xüsusi kimyəvi maddələrin istehsalında ixtisaslaşmış orta şirkətlərin seqmentində nəzərə çarpır”, – Almaniyanın VCI sənaye təşkilatının iqtisadiyyat üzrə baş eksperti Henrik Meynke bildirib.
O əlavə edib ki, Almaniya kimya şirkətləri xammalı əsasən Asiyadan əldə edir: “İndi Qırmızı dəniz vasitəsilə yükdaşımalar azalıb və bu isə gecikmələrə səbəb olub. Bundan başqa, marşrutların dəyişməsi ilə əlaqədar xammalın qiymətində artım müşahidə olunur”.