Ekvadorda xəstəxanaya basqın edən dəstə üzvləri yarıçılpaq halda saxlanılıbbackend

Ekvadorda xəstəxanaya basqın edən dəstə üzvləri yarıçılpaq halda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda xəstəxanaya nəzarəti ələ keçirməyə çalışan 68 dəstə üzvü polis tərəfindən yarıçılpaq halda saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Amerika ölkəsi Ekvadorda zorakılıq hadisələri artmaqda davam edir.

Polisin verdiyi açıqlamada, Guayas əyalətinin Yaguachi qəsəbəsində bir xəstəxanaya basqın edərək nəzarəti ələ keçirməyə cəhd edən 68 nəfərin saxlanıldığı bildirilib.

Yarıçılpaq yerə uzanan şəxslər arxalarında qandallı avtobusa mindirilərək polis bölməsinə aparılıb. Əməliyyat zamanı çoxlu silah və narkotik maddə ələ keçirildiyi bildirilib.

Polisin verdiyi açıqlamada, hücum edənlərin xəstəxanadan müalicə alan bir dəstə üzvünü çıxarmaq üçün basqın təşkil edə biləcəyi və istintaqın davam etdiyi bildirilib.

Polis həmçinin əməliyyat çərçivəsində dəstə üzvlərinin komanda mərkəzinə çevirdiyi “reabilitasiya mərkəzinə” basqın etdiklərini açıqlayıb.

Ekvadorda səlahiyyətlilər dəstələr tərəfindən gizli şəkildə idarə olunan yüzlərlə sağlamlıq mərkəzinin bağlandığını elan ediblər.