Nigeriyanın Kaduna əyalətində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin direktoru Kabir Nadabo verdiyi açıqlamada sərnişin avtobusunun Kaduna-Kano şossesində xəndəyə düşdüyünü bildirib.
Nadabo qeyd edib ki, qəza nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb.
Müalicə altında olan yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin ağır olduğunu bildirən Nadabo, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.