Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz yollarla keçirilməsinin qarşısı alınıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, gömrük qurumunun əməkdaşları yaranmış şübhələr əsasında xarici ölkə vətəndaşının maşınına baxış keçiriblər. Bu zaman gömrük dəyəri 42 098,76 lari olan bəyan edilməmiş 417,17 qram qızıl zinət əşyaları aşkarlanıb.
İş üzrə materialların Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verildiyi qeyd olunub.