Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənibbackend

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az  xəbər verir ki, sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınır:

– “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

– Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilsin.

– Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilsin.

– Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı

Sıra -si Tədbirin adı İcra müddəti İcraçı orqanlar
1 2 3 4
1. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı 2024-cü il

may

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2. İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi və bu çərçivədə:

– Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

– “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

– “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;

– “Şuşa – İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;

– Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

3. İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi 2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
4. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili 2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
5. İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi 2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

6. Mədəni irsin qorunması, İslam mədəniyyəti, habelə Azərbaycanın tarixini və incəsənətini əks etdirən mövzularda beynəlxalq və yerli əhəmiyyətli simpoziumların, elmi-praktiki tədbirlərin və konfransların təşkili 2024-cü il

sentyabr

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
7. İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili 2024-cü il

ərzində

Dövlət Turizm Agentliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

8. ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi 2024-cü il

may-iyun

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

9. Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgi və düşərgəsinin təşkili 2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
10. İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi 2024-cü il

ərzində

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi
11. Şuşada İslam ölkələrindən olan gənclərin iştirakı ilə ICESCO simulyasiya sessiyasının keçirilməsi, İslam ölkələrinin gəncləri üçün yay düşərgələrinin təşkili 2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
12. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərinin keçirilməsi 2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

13. Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli filmin hazırlanması (müxtəlif dillərdə) 2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
14. İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərinin təşkili 2024-cü il

ərzində

Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri Dövlət

Qoruğu İdarəsi

15. Şuşanın tarixi abidələrini və onun İslam dünyasındakı rolunu özündə əks etdirən təbliğat materiallarının (nəşrlər, albomlar, məqalələr, kitablar, broşürlər, televiziya verilişləri, filmlər və s.) hazırlanması və beynəlxalq səviyyədə yayımlanması 2024-cü il

ərzində

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
16. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanışı 2024-cü il

dekabr

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi