MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının aprel iclasının ilkin gündəliyinə 10 məsələ, o cümlədən xarici siyasətdə qarşılıqlı fəaliyyət proqramı daxildir.
İnterpress.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, XİN başçıları Birlik ölkələrinin diplomatik qurumları arasında, xüsusən də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: “Gündəlikdə xarici siyasətdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələsi var”.
S.Lebedev qeyd edib ki, iclasda növbəti iki il üçün Birlik ölkələrinin idman paytaxtları təsdiqlənəcək, MDB-nin əsas təşkilatları haqqında məsələlərə baxılacaq.