Birləşmiş Millətlər Təşkilatı (BMT) 7 oktyabr 2023-cü ildən İsrailin hücumlarına məruz qalan Qəzza zolağında əhalinin təxminən 25 nəfərinin “fəlakətli” aclıqla üzləşdiyini açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) sosial media hesabında hücumlar səbəbiylə Qəzzada yaşanan aclıq və İsrailin yardım girişində yaratdığı çətinliklərlə bağlı açıqlama yayıb.
Diqqətə çatdırılıb ki, gərgin toqquşmalar, İsrailin giriş-çıxış blokları və məhdudiyyətləri, həmçinin rabitənin kəsilməsi UNRWA-nın yardımı təhlükəsiz və effektiv şəkildə çatdırmasına mane olub.
Təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzzada 570 min insanın fəlakətli aclıqla üzləşdiyi qeyd edilib. Bildirlib ki, qıtlıq riski artdıqca, BMT humanitar yardımların kritik şəkildə artırılmasını tələb edir.
İsrailin hücumları nəticəsində Qəzzada 1,9 milyon fələstinli didərgin düşüb. Bundan əlavə, İsrailin yaratdığı maneələr və çətinliklər səbəbindən Qəzzaya kifayət qədər humanitar yardım daxil ola bilmir.
Xüsusilə Qəzzanın şimalında yaşayan fələstinlilərin un tapa bilmədikləri üçün heyvan yemi üyütməyə başladığı bildirilir.