ABŞ Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşmasını təqdir edibbackend

ABŞ Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşmasını təqdir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Səudiyyə Ərəbistanının iki dövlətli həllə nail olmadan İsraili tanımayacağına dair bəyanatlarına baxmayaraq, İsraillə münasibətlərin normallaşdırılmasına “müsbət fikir” verdiyini iddia edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, Səudiyyə Ərəbistanının İsraillə münasibətlərini normallaşdırmasının hələ də mümkün olduğunu müdafiə edib.

Kirbi bəyan edib ki, ölkələr arasında münasibətlərin normallaşması iki dövlətli həllə nail olmaq üçün əlavə imkanlar yarada bilər.

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 18-də Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu və bu barədə ABŞ administrasiyasını məlumatlandırdığını bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan CNN telekanalına müsahibəsində ölkəsinin İsraili tanıya bilməyəcəyini və Fələstin dövlətinin qurulması üçün uyğun bir yol açılmadığı təqdirdə Qəzzanın yenidən qurulmasına kömək etməyəcəyini bildirib.