Əfqanıstan və Pakistan arasındakı sərhəd qapısı açılıbbackend

Əfqanıstan və Pakistan arasındakı sərhəd qapısı açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan və Pakistan arasındakı Torkham Sərhəd Qapısı 11 gün sonra yenidən nəqliyyat vasitələrinə xidmət göstərməyə başlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Nangerhar Polis İdarəsinin sözçüsü Abdulbasir Zabuli mövzu ilə bağlı mətbuata açıqlama verib.

Zabuli qeyd edib ki, sərhəd qapısı açılıb və yenidən nəqliyyat vasitələrinin keçidlərinə xidmət göstərilməyə başlayıb.

Taliban administrasiyasına bağlı Bəxtər xəbər agentliyinə danışan Torxam Sərhəd Qapısı Komissarı Molla Abdulcabbar səhər saatlarından etibarən avtomobillərin sərhəd qapısından keçməyə başladığını bildirib.

– Sərhəd qapısı 11 gün bağlı qaldı

Torkham Sərhəd Qapısı yanvarın 12-də Pakistan tərəfindən nəqliyyat vasitələrinin keçidi ilə bağlı viza problemi səbəbindən bağlanıb, lakin piyadalar oradan keçməyə davam ediblər.

Sərhəd qapısının bağlanması xüsusilə əfqan tacirlərinin ticarətinə böyük ziyan vurur.

Pakistan və Əfqanıstanın sərhəd bölgəsindəki gərginlik bəzən silahlı qarşıdurmalara səbəb ola bilir. Bu səbəbdən Torkham Sərhəd Qapısı bəzən bir müddət bağlı qalır.

İki ölkə arasında 2640 kilometrlik quru sərhədində 18 keçid məntəqəsi var. Torkham və Chaman (Spin Boldak) ən sıx sərhəd qapıları kimi seçilir.

Torkham Sərhəd Qapısı sonuncu dəfə 6 dekabr 2023-cü ildə bağlanıb.