Yaponiyanın şərqində və mərkəzi hissəsində bir çox sürətli qatarların hərəkəti elektrik enerjisinin kəsilməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Yerli vaxtla saat 10:00 (GMT 04:00) radələrində Tohoku, Joetsu, Hokuriku yüksək sürətli qatar xətlərində elektrik enerjisi kəsilib.
Elektrik kəsilməsindən sonra Saitama əyalətinin Omiya bölgəsində Tokio və Hokkaydo arasında hərəkət edən Hayabusa 13 sürətli qatarı sıradan çıxıb.
Qatarda qalan sərnişinlər qatar relsləri ilə yeriyərək təxliyə edilib
Bildirilib ki, nasazlıq səbəbindən Tohoku, Coetsu, Hokuriku xətlərində bir çox sürətli qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, vaqonlarda sıxılmış vəziyyətdə qalan sərnişinlər qatar relsləri ilə gəzərək təxliyə edilib.
Arızanın aradan qaldırılmasının mümkün olmadığını qeyd edən East Japan Railway Co., xidmətlərin yenidən işə salınmasının bir müddət çəkə biləcəyini açıqlayıb.