ABŞ-ın İllinoys ştatında 2 gündə 9 nəfəri güllələyərək 8 nəfərin ölümünə səbəb olan Romeo Nans hüquq-mühafizə orqanları onu yaxalayana qədər intihar edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ-ın İllinoys ştatında Coliet Polis İdarəsinin açıqlamalarına görə, şübhəli Romeo Nens Coliet şəhərində hüquq-mühafizə orqanları ilə münaqişədən sonra intihar etməzdən əvvəl 9 nəfəri güllələyib. 9 nəfərdən 8-i dünyasını dəyişib.
2 gündə 9 nəfəri güllələyən Romeo Nans hələ həbs olunmamışdı.
O, 8 nəfərin öldürüldüyü yerdən kilometrlər aralıda Texas ştatında hüquq-mühafizə orqanları ilə qarşılaşarkən silahı özünə tərəf çevirərək intihar edib.
O, silahlı hücumun səbəbini açıqlamasa da, zərərçəkənlərlə şübhəlinin bir-birini tanıdığı vurğulanıb.
Hadisə ilə bağlı istintaq davam edir.