2023-cü ildə Azərbaycanda “Fərqlənmə nişanı” alaraq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövlət büdcəsinə 5 milyon 917 min 867,18 manat vergi ödəyib.
Bu barədə İnterpress.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 2 milyon 024 min 678,45 manat və ya 52 % çoxdur.
Hesabat dövründə sürücülərə verilən “Fərqlənmə nişanları”nın sayı 30 min 410 ədəd və ya 20 % artırılaraq 180 min 999 ədəd təşkil edib.
İl ərzində onlayn verilən fərqlənmə nişanlarının xüsusi çəkisi 67,88 % olub.