Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyə Kosmik Agentliyinin işlərini daha güclü şəkildə həyata keçirməsinə imkan verəcək Kosmos Qanunu üçün hazırlıqlara başlanıldığını söyləyib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. “Kosmos Qanununu Məclisə gətirmək istəyirik, bir layihəmiz var. Türk Kosmik Agentliyinin işini güclü şəkildə həyata keçirməsinə imkan verəcək bir layihə hazırladıq və sürətləndirəcəyik”, nazir deyib.
Layihədə daha çox Türkiyə Kosmos Agentliyinə uzunmüddətli layihələri başlatmağa imkan verəcək qaydaların yer alacağını bildirən Kacır, daha sonra Ankarada Kosmik Texnologiyaların İnkişafı Bölgəsi quracaqlarını qeyd edib.