Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər atdığını açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada yerli vaxtla saat 07:00 radələrində atılan raketlərin Şimali Koreyanın 2023-cü ilin sentyabrından sonra sınaqdan keçirdiyi ilk qanadlı raketlər olduğu bildirilib.
Açıqlamada Cənubi Koreya ordusunun sayıqlıq gücünün artırıldığı və Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə əməkdaşlıq etdiyi bildirilib.
Qurudan atılacağı təxmin edilən və sayı açıqlanmayan Hvasal-1 və ya Hvasal-2 tipli raketlərin qısa mənzilli olmadığı bildirilib.
Şimali Koreya xəbər agentliyinin (KCNA) yanvarın 19-da verdiyi xəbərə görə, Şimali Koreya yanvar ayında hazırlandığı “Haeil-5-23” sualtı nüvə silah sistemini sınaqdan keçirib.