4 yeni imperator pinqvin koloniyası kəşf edildibackend

4 yeni imperator pinqvin koloniyası kəşf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın Antarktika Tədqiqat İnstitutu (BAS) Cənubi Qütbdə apardığı peyk müşahidələri nəticəsində 4 yeni imperator pinqvin koloniyası aşkar edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. BAS-dan verilən açıqlamaya görə, buzlaq şəraitinin dəyişməsi səbəbindən koloniyaların yer dəyişdirdiyi və bu çərçivədə yeni çoxalma sahələrinin peyklər tərəfindən izləndiyi bildirilib.

Açıqlamada məlum olan koloniyaların 30 kilometrdən çox yerdəyişmə aparıldığı, peyklərlə aparılan müşahidə zamanı daha əvvəl aşkarlanmamış 4 yeni imperator pinqvin koloniyasına rast gəlindiyi bildirilib.

Açıqlamada kəşf edilən yeni koloniyalardan birinin daha əvvəl yoxa çıxdığı təsbit edilən və MacDonald Buz Dağlarında yaşayan Halley Bay koloniyasının bərpası ilə meydana gəldiyi qeyd edilib.

Bəyanatda həmçinin koloniyanın yeni yerinin köhnə yerindən 30 kilometr şərqdə olduğu və Brunt bölgəsində körpələrini dünyaya gətirdikdən sonra buraya gəldiyi bildirilib. Yeni koloniyaların kəşfi ilə Cənub qütbündəki imperator pinqvin koloniyalarının sayı 66-ya yüksəlib.

Yeni kəşflərə baxmayaraq imperator pinqvin populyasiyasının təhlükə altında olduğu bildirilib və yeni müşahidəçi koloniyalardan 3-nün əhalisinin 1000 pinqvindən aşağı olduğu diqqətə çatdırılıb. Açıqlamaya görə, son 45 ilin ən aşağı 4 buzlaq səviyyəsi 2016-2023-cü illər arasında qeydə alınarkən, daha möhkəm buzlaq ərazilərinə üstünlük verən imperator pinqvinləri yaşayış və çoxalma sahələrini dəyişib. Lakin bütün qitədə yayılmış buzlaqların itirilməsi səbəbindən miqrasiya məsafələri də uzanıb.

İmperator pinqvinləri sahil buzlaqlarında yaşasa da, çoxalmaq üçün çox vaxt əlverişsiz əraziləri seçirlər. Bu səbəbdən çoxalma bölgələrindəki koloniyalar peyk vasitəsilə izlənilir.