ABŞ qoşunlarıın Suriyadan çıxarılması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Oktyabrın 7-dən sonra prioritetlərin dəyişdiyi üçün geri çəkilmə qərarının verildiyi iddia edilib.
Birləşmiş Ştatların uzun illərdir Suriyada qoşunları var.
Terror təşkilatı PKK/YPG ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ mühüm qərarın ərəfəsindədir.
ABŞ-ın məşhur nəşrlərindən olan “Foreign Policy” 4 məmura əsaslanan xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb.
Xəbərdə xatırladılıb ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var. Ağ Evin Suriyadakı missiyanı lazımsız qəbul etdiyi və ora sərmayə qoymaq istəmədiyi bildirilib.
Xüsusilə İŞİD-in Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.
Hesabatda İŞİD-ın 2014-cü ildə İraqda ayda təxminən 850 hücum təşkil etdiyi halda, 2023-cü ildə ayda orta hesabla cəmi 9 hücum həyata keçirəcəyi iddia edilib.
Suriyadakı vəziyyətin İraqdan daha mürəkkəb olduğu bildirilən xəbərdə İsrail-Fələstin gərginliyində ABŞ-ın prioritetlərinin dəyişə biləcəyinə də diqqət çəkilib.
Suriyadan çəkilmənin nə vaxt və necə baş tutacağı bəlli olmasa da, məsələ ilə bağlı daxili müzakirələrin davam etdiyi qeyd edilib.