ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla xəbərdarlıq edib ki, yeni nəsil avtomobil üzərində aparılan işlərə görə bu il avtomobil həcmindəki artım 2023-cü ilə nisbətən daha aşağı ola bilər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Tesla ötən ilin son rübü üçün balans hesabatını açıqlayıb.
Buna görə şirkətin gəliri 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 3 artaraq 25,2 milyard dollara çatıb. Tesla 2022-ci ilin dördüncü rübündə 24,3 milyard dollar gəlir əldə edib.
Keçən ilin son rübündə Teslanın gəliri bazar gözləntilərindən aşağı olub.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə təxminən iki dəfə artaraq 7,9 milyard dollara çatıb. Teslanın xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 3,7 milyard dollar olaraq hesablanıb