Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kaotonq şəhərinin Cinxiong rayonunun Lianqşui kəndində baş verən sürüşmədən sonra aparılan axtarış tədbirləri zamanı itkin düşən daha 10 nəfərin cəsədi tapıldıqdan sonra sürüşmə nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.
Tapılan son cəsədlərlə itkin düşdüyü bildirilən bütün insanlarla əlaqə saxlanılıb.
Kənddə 18 evi torpaq altında qalan sürüşmə nəticəsində 2 nəfər xilas edilib.
Dünən edilən son açıqlamada 34 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə hələ də itkin düşdüyü bildirilmişdi.
İtkilər aşkar edildikdən sonra fəlakət xilasetmə qrupları soyuq və qarlı hava şəraitində 4 gündür apardıqları işləri yekunlaşdırıb.
İlkin araşdırma zamanı qeyd olunub ki, sürüşmə kəndin salındığı dağın zirvəsində torpaq kütləsinin qopması nəticəsində baş verib.
Dağdan qopan kütlə yamacdakı terraslardan aşağı sürüşərək kəndin bir hissəsini yerin altında qoyub.