Rusiyada məhkəmə ötən il Sankt-Peterburqda keçirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sankt-Peterburqdakı partlayışda təqsirləndirilən Darya Trepova 27 il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin aprelində Sankt-Peterburqun Qərb Dairə Hərbi Məhkəməsində. Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı məhkəmə prosesi keçirilib.
Rusiyalı bloger Maksim Fominin ölümü ilə nəticələnən partlayışı “terror aktı” kimi qiymətləndirən məhkəmə, müttəhim Darya Trepovanın 27 il həbs və 600 min rubl (təxminən 6 min 700 dollar) cərimələnməsinə qərar verib.
Partlayışdan sonra Trepovaya gizlənməyə kömək etməkdə ittiham olunan Dmitriy Kasintsev 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Darya Trepovaya verilən cəza Rusiya tarixində qadına verilən ən ağır cəzadır.