Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirilməsi üçün kotirovka sorğusu elan edib.
İnterpress.az xəbər verir ki, kotirovkada iştirak haqqı 70,8 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 13-ü, saat 12:00-a qədər qurumun Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsindəki ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 13-ü, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.