Qəzzadan olan iki uşağın Fransada qəbul edilməsi ilə rəsmi Paris bölgədəki müharibəyə yanaşmada “neytral” olduğunu nümayiş etdirməyə cəhd göstərir və bu, sadəcə ikiüzlülükdür.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı olan CAGE-nin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, 4 il əvvəl Fransa hökuməti məqsədyönlü təqiblər yolu ilə müsəlman icmasının muxtariyyətinin əsasını məhv edən gizli islamofobiya siyasətinə başlayıb:
“Ölkənin hüdudlarından kənarda praktiki olaraq bilinməyən və onun daxilində çətinliklə başa düşülən “sistematik obstruksiya” siyasəti Fransada müsəlmanların təqibinə bərabərdir”.
Sənəddə qeyd edilib ki, bu məsələ ilə bağlı son məlumatlar Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2023-cü ilin fevralında keçirilmiş ictimaiyyətə açıq olmayan hesabatda açıqlanıb: “Fransa dövləti ciddi ictimai nəzarətdən yayınmaq istədiyi üçün yenilənmiş məlumatlar dərc edilməyib”.
Vurğulanıb ki, 2023-cü ilin oktyabrına olan məlumatlara görə, müsəlmanların rəhbərlik etdiyi 30 034 qurum dövlət tərəfindən təqib edilib, 1082-si bağlanıb, onların ümumilikdə 55,914 milyon avroluq maliyyə vəsaiti müsadirə edilib.