İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.
Müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.
İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.
Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.
Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.
Ötən il İKZF-in müvəkkil bankları 461,4 milyon manat kredit verilib ki, bu da əvvəlki ilin göstəricisindən 9,2 % çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə 492 milyon manat məbləğində kredit (artım 20,9 %) ayırıb.
İpoteka fondu ötən il istiqrazların yerləşdirilməsindən 450 milyon manat cəlb edib.
2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34 % dərəcəsi ilə verilib.