İsrailin siyasi məzmunlu mahnı ilə Eurovision Mahnı Müsabiqəsində iştirakına icazə verilməməsi məsələsi gündəmdə olsa da, İsrail daxilində geri addım atıb-atmamaq müzakirə olunur.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail mətbuatında yer alan xəbərə görə, Təl-Əviv rəhbərliyi 7-11 may tarixləri arasında İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində israilli müğənni Eden Golanın ifa etdiyi “Oktyabr yağışı” mahnısı ilə iştirak etmək istəyir.
Bildirilir ki, sözügedən mahnı HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də təşkil etdiyi hücumda həlak olan İsrail əsgərlərinə aiddir.
Avroviziya Mahnı Müsabiqəsində siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək istəyən ölkələrin daha əvvəl qadağan olunduğu məlum olsa da, Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağı və qərar verəcəyi qeyd olunur.
EBU mahnını qəbul etməzsə, İsrailin yeni mahnı ilə iştirak etmək hüququ var.