Bitkoinin qiyməti 2021-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə qalxıbbackend

Bitkoinin qiyməti 2021-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə qalxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bitcoin kriptovalyutasının qiyməti spot Bitcoin birja fondlarına (ETF) maraq davam etdiyi üçün 2021-ci ilin dekabrından bu yana ən yüksək səviyyəyə çataraq 56.000 dolları ötüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,4 faiz artaraq 2 trilyon 130 milyard dolları keçib.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti spot Bitcoin ETF-lərinə investisiyalar artmaqda davam etdiyi üçün son 24 saat ərzində 9,3 faizdən çox dəyər qazanıb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.

Bu gün TSİ 09.30-da 56 min 300 dollardan ticarət edilən bitkoin 2021-ci ilin dekabrından bəri ən yüksək dəyərinə çatıb.

Bitkoinin həftəlik dəyər artımı da 8,4 faizi keçib.

Bitcoin 2023-cü ilin oktyabr ayından etibarən 100 faizdən çox dəyər qazandı, lakin hələ də 2021-ci ilin dekabrında rekord həddi olan 68 990 dollardan çox uzaqdadır.

Bitkoinin qiyməti keçən il təxminən 157 faiz artıb.