Yaponiyada 2023-cü ildə yeni doğulanların sayı 758 min 631 ilə indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasına görə, 2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalıb. Yeni doğulanların sayı 758 min 631-ə enərək indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatarkən; 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon idi.
Bu rəqəm 2016-cı ildə ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.
Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırıb. Proqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşib.
Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb.
Evliliklərin sayı 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 5,9 azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə çatıb.
Ölkədə 1899-cu ildən bəri aparılan statistik məlumatlara görə, sonuncu dəfə 1933-cü ildə 486 min 58 nikah qeydə alınıb.
Ən çox nikah 1 milyon 99 min 984 ilə 1972-ci ildə baş verib.
Ölkədə 2023-cü ildə boşanmaların sayı 4 min 695 artaraq 187 min 798-ə çatıb.