Silahlı cinayət təşkilatının lideri Adnan Oktar Ərzurumdan Vandakı həbsxanaya köçürülüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Adnan Oktar dünən axşam saatlarında Ərzurum Dumlu Cəzaçəkmə Müəssisəsindən Vana gətirilib.
Cinayət təşkilatının lideri Oktar Van Yüksək Mühafizəli Cəzaçəkmə Müəssisəsinə təhvil verilib.