Nyu Yorkda fələstinli tərəfdarlar İsrailin Qəzzada dinc əhaliyə qarşı qətliamına son qoyulması və dərhal atəşkəs tələbi ilə 24 saat fasiləsiz etiraz aksiyası keçirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Nyu-York meriyasının bağçasına toplaşan amerikalı fəallar Qəzzada dərhal və daimi atəşkəs əldə olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Bir çox qeyri-hökumət təşkilatının dəstəklədiyi 24 saatlıq mitinqdə natiqlər ABŞ-ı İsrailə dəstəyi dayandırmağa çağırarkən səslərini Nyu York meri Erik Adams və şəhər şurası üzvlərinə çatdırmağa çalışıblar.
Nyu Yorkda yaşayan bəzi yəhudi amerikalılar yüksək səslə İsrailin Qəzzada “soyqırım” törətdiyini və bunu vergiləri ilə dəstəkləmək istəmədiklərini bildiriblər.
Fəallar bələdiyyə binasının qarşısındakı səkiyə Qəzzada həyatını itirən on minlərlə mülki vətəndaşın adları yazılmış nəhəng plakat asaraq “Azad Fələstinə”, “Atəşkəs, bu dəqiqə”, “Bizi göndərin” kimi şüarlar səsləndiriblər.