Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıbbackend

Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın şərqindəki Sirte şəhərinin sahillərində 7 qeyri-qanuni mühacir cəsədinin tapıldığı açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Liviya Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən edilən yazılı açıqlamada, Sirte sahillərində tapılan qeyri-qanuni mühacirlərin cəsədləri ilə bağlı məlumat verilib.

Açıqlamada, şəxsiyyətləri hələlik müəyyən edilməmiş 7 qeyri-qanuni immiqrantın cəsədinin Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapıldığı və immiqrantların cəsədlərinin Bin Cavad əyalətinə təhvil verildiyi bildirilib.

Açıqlamada axtarışların davam etdiyi və məsələ ilə bağlı hüquqi proses başlanıldığı bildirilib.

Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.