Rusiya nüvə silahı daşıya bilən ballistik “Yars” raketini sınaqdan keçiribbackend

Rusiya nüvə silahı daşıya bilən ballistik “Yars” raketini sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə sınaq atışının həyata keçirildiyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlikdən verilən yazılı açıqlamada qitələrarası ballistik Yars raketinin ölkənin şimal-qərbindəki Plesetsk kosmodromundan atıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, raket sınaq atışı nəticəsində Kamçatkadakı Kür silsiləsinə uğurla çatıb.

Plesetsk kosmodromundan Kürə qədər olan məsafə təxminən 5600 kilometr, “Yars” raketi isə 12 min kilometr uçuş məsafəsinə malikdir.

Nüvə hücumu da həyata keçirə bilən “Yars” raketinin müdafiə sistemləri tərəfindən tutula bilməyəcəyi və eyni anda 3-6 hədəfi vura bildiyi bildirilir.