Belçikada İkinci Dünya Müharibəsindən qalma 100 kiloqramlıq bomba sahildə idarə olunan partlayış nəticəsində məhv edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Belçika polisi dünən səhər saatlarında Şimal dənizi sahilindəki Koksijde sahil şəhərində İkinci Dünya Müharibəsinə aid təyyarə bombasının tapıldığını və 100 kiloqramlıq bombanın sahildə nəzarətli şəkildə partladıldığını açıqlayıb.
“Bu səhər Koksijde Kraliça Elizabet İnstitutunun yaxınlığındakı çimərlikdə böyük bir təyyarə bombası tapıldı”, – bəyanatda deyilir.