Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğında ilkin məlumatlara görə 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Polisin verdiyi açıqlamaya görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində yerli vaxtla saat 03.50-də yanğın baş verib.
Hadisə yerinə gələn və söndürməyə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.