Cənubi Koreyada tibb böhranı: Etiraz edən həkimlərin lisenziyaları dayandırılacaqbackend

Cənubi Koreyada tibb böhranı: Etiraz edən həkimlərin lisenziyaları dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hökumətin tibb fakültəsi kontingentini artırmasına etiraz edən təxminən 7 min intern həkimin lisenziyalarının dayandırılacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Səhiyyə və rifah nazirinin ikinci müavini Park Min-soo 14 gündür davam edən etirazlarla bağlı açıqlamalar verib.

O, işini tərk edən kursant həkimlərin lisenziyalarının dayandırılması üçün bu gündən etibarən lazımi addımların atılacağını bildirib.

Park bu qərarın “dönməz” olacağı ilə bağlı xəbərdarlıq edib və bu hərəkətin lisenziyası dayandırılan həkimlərin qeydlərində də qeyd olunacağını vurğulayıb.

Hökümətin qanun pozuntularını aşkar etmək üçün sahəyə gedəcəyini deyən Park səhiyyə sektorunda etirazlara və xaosa səbəb olan məmurlara qarşı verilən qərarların ciddi şəkildə icra ediləcəyini bildirib.

Keçən həftə 8 min 945 intern həkimin işini tərk etdiyini qeyd edən Park yalnız 565 nəfərin işə qayıtdığını söyləyib

Dünyada doğum göstəriciləri ən aşağı olan Cənubi Koreya cəmiyyəti sürətlə qocalması səbəbindən tibbi xidmətlərə tələbatın artmasına baxmayaraq, əhaliyə nisbətən həkim sayının ən az olduğu inkişaf etmiş ölkələr sırasındadır.

Ölkədə təxminən 13 min rezidenturalı həkim var.