Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 98 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Bu, bir il əvvəlki göstəricidən 27 % çoxdur.
Kibertəhdidlərin 76-sı daxili araşdırma, 22-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Hesabat ayında “AzStateNet” şəbəkəsi üzrə 90,780 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 415 700 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 9 208 zərərverici tərkibli elektron sənəd blok edilib.