İngiltərə Böyükşəhər Polis İdarəsi (MET) keçmiş Formula 1 yarışçısı Gerhard Bergerin 1995-ci ildə İtaliyada keçirilən San Marino Qran Prisindən sonra oğurlanan Ferrari avtomobilinin 28 il sonra tapıldığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
MET-dən verilən açıqlamada, 1995-ci ilin aprelində İtaliyanın Imola şəhərində keçirilən San Marino Qran Prisindən sonra iki Formula 1 pilotunun Ferrarisinin oğurlandığı, lakin Bergerə məxsus qırmızı rəngli Ferrari F512M model lüks avtomobilinin tapıldığı ifadə edilib:
“Yanvar ayında Ferrari 2023-cü ildə Birləşmiş Krallıqdakı bir broker vasitəsilə ABŞ-lı bir alıcı tərəfindən satın alınan avtomobildə yoxlamalar apardı və avtomobilin oğurlandığını ortaya çıxaran bir hesabat təqdim etdi. Mütəşəkkil Avtomobil Cinayətləri Bölməsinin polisi geniş araşdırmalar apararaq avtomobilin tarixini açıqlayıb və məlum olub ki, avtomobil oğurlandıqdan az sonra Yaponiyaya göndərilib, 2023-cü ilin sonunda isə Böyük Britaniyaya gətirilib”.
Daha sonra 4 gün ərzində avtomobilin tarixçəsi müəyyən edildi, Gerhard Bergerin Ferrari-si izlənildi və İngiltərədən ixracının qarşısını almaq üçün avtomobil MET-in ixtiyarına verilib.