Azərbaycan mayın 6-9-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək.
Ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyi təmsil edəcək.
Artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.