Bu il qlobal neft tələbinin keçən ilə nisbətən 2 milyon 250 min barel artaraq 104 milyon 460 min barrelə çatacağı təxmin edilir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Neftə tələbatın artmasının xüsusilə İƏİT-ə daxil olmayan ölkələrdə hava və avtomobil nəqliyyatı, sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyətlərinin artması ilə nəticələnəcəyi proqnozlaşdırılır. Bundan əlavə, İƏİT-ə daxil olmayan ölkələrdə, xüsusən də Çin və Yaxın Şərqdə potensial artımları və neft-kimya marjalarının tələbin artmasına təsir edəcəyi gözlənilir.
Qlobal tələbatın 2025-ci ildə gündəlik 1 milyon 850 min barel artaraq 106 milyon 300 min barrelə çatacağı, OECD ölkələrində gündəlik 100 min barel, qeyri-OECD ölkələrində isə 1 milyon 700 min barel artacağı proqnozlaşdırılır.