Çin Filippinin Cənubi Çin dənizindəki mübahisələri həll etmək təklifinə məhəl qoymadığını iddia edirbackend

Çin Filippinin Cənubi Çin dənizindəki mübahisələri həll etmək təklifinə məhəl qoymadığını iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təkliflərinin Filippin tərəfindən “iqnor edildiyini” iddia edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Adı açıqlanmayan çinli məmur məsələ ilə bağlı “The Manila Times” qəzetinə açıqlama verib.

Çin rəsmisi Manilanın 2023-cü ilin aprelində Pekin administrasiyasının Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təklifinə cavabsız qaldığını iddia edib.

Xəbərə görə, Çinin təklifləri arasında Filippinlilərin İkinci Thomas Shoalda təchizat missiyalarına yalnız bir gəmi cəlb etmək və irimiqyaslı tikinti materialları daşımamaq şərti ilə icazə verilməsi daxildir.

İki ölkə arasında son gərginliyin mərkəzində İkinci Tomas və Filippinin bölgədəki iddiasını gücləndirmək üçün “qəsdən gəmini quruya saldığı” iddiaları dayanır.